54 yaşlı Lopez şəffaf ətəkli libasda - FOTO

12:19 - 14 Fevral 2024 - MAQAZİN

Aktrisa və müğənni Cennifer Lopez Los-Ancelesdə öz həyatından bəhs edən “This Is Me... Now: A Love Story” adlı filmin qala gecəsinə çıxıb.

Ucnoqta.az xəbər verir ki, məşhurun ​​fotoları Daily Mail saytında dərc olunub.

54 yaşlı Cennifer Lopez tədbirə sevgilisi, 51 yaşlı aktyor Ben Affleklə qatılıb. Müğənni dərin dekolteli şəffaf ətəkli qara maksi libasda çıxıb. 

Premyerada sevgililər fotoqrafların qarşısında öpüşüblər.

This Is Is Me Now: A Love Story Cennifer Lopezin həyat və karyerasından bəhs edəcək. Filmin rejissoru Deyv Mayersdir. Layihənin premyerası fevralın 16-da Prime Video axın xidmətində olacaq.

Xəbər xətti