"Kurtlar Vadisi xaos" nə vaxt başlayır? Bu kanalda yayımlanacaq

11:25 - 14 Fevral 2024 - MAQAZİN

"Kurtlar Vadisi Xaos" serialının aktyor heyəti maraqla qarşılanıb. Polat Alemdar obrazı ifaçısı Necati Şaşmazın layihəyə “hə” dediyi deyilir.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Kurtlar Vadisi Xaos”un yeni mövsümdə rəqəmsal platformada yayımlanacağını açıqlayıb. 

Necati Şaşmaz “Kurtlar Vadisi Xaos”un rəqəmsal platformada yayıma başlayacağını açıqlayıb. İddialara görə; “Kurtlar Vadisi Pusu”nun davamı olduğu öyrənilən “Kurtlar Vadisi Xaos”un Acun Ilıcalının rəqəmsal platforması “Exxen”də yayımlanmağa başlayacağı iddia edilib.

Filmin oyunçuları kimlərdir?

"Kurtlar Vadisi Xaos"da Necati Şaşmazdan başqa Erhan Ufak, Serdar Akkaya, Erkan Sever, Hakan Boyav və Ayşegül Çınar kimi adların da yer alacağı bildirilir.

Xəbər xətti