"Mən baş rol aktrisasıyam da, sən mənə necə gətirib dönər və yaxud kolbasa-çörək yedizdirə bilərsən?!"
Ucnoqta.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva "Günə son" verilişində deyib.
Yerli film sektorundan şikayətlənən Abiyeva bundan sonra seriallarda rol almayacağını bildirib:
"Sən bunun qarşılığında məndən nə gözləyirsən?! Sən çəkiliş pavilyonunda hansısa texniki problemə görə aktrisanı 6 saat necə gözlədə bilərsən?!
Mən seriallarda oynamaqdan birdəfəlik imtina etmişəm. Artıq 7-8 ildir ki heç bir serialda rol almıram".