Yanvarda Qəzzada 14 jurnalist həlak olub

08:50 - 6 Fevral 2024 - MEDİA

14 jurnalist bu ilin yanvarında İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələrin qurbanı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi Fələstin Jurnalistlər Birliyinin hesabatına istinadən məlumat yayıb.

Hesabtda bildirilir ki, ötən ay 8 media işçisi yaşayış binalarının birbaşa atəşə tutulması nəticəsində, daha 4 nəfər isə redaksiya tapşırıqlarını yerinə yetirərkən həlak olub.

Ümumilikdə münaqişənin başladığı oktyabrın 7-dən Qəzza zolağında 116 jurnalist öldürülüb. Daha bir neçəsinin taleyi onlarla əlaqə kəsildikdən sonra naməlum olaraq qalır.

Xəbər xətti