"Hələ də bu fikrim qüvvədə qalır. Heç bir vaxt ailəmi xəyanətə görə dağıtmaram".
Ucnoqta.az moderator.az-a istinadla xəbər verir ki, bunu Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Nəzər Məmmədova deyib.
O əlavə edib: "Hansısa yüngül əxlaqlı qadına ailəmi peşkəş etmərəm. Bacardığım qədər, ikiəlli ailəmi tutub saxlayaram. Heç bir qadına o xoşbəxtliyi nəsib etmərəm ki, o hardasa gedib desin ki, filankəsin ailəsini mən dağıtdım. Ailə tamam başqa şeylərə görə dağıla bilər.
Əgər tərəflərdən birinin ciddi psixoloji problemi varsa, ziyanlı vərdişləri varsa bu halda ailə dağıla bilər. Amma xəyanıət etdi, maaşı az gətirdi, ona belə baxdı kimi sözlərə görə ailə dağılmaz".