Bu il Eurovision Karib dənizinin ilk dəfə müsabiqəyə qatılacağı məlum olduqdan sonra daha bir yeni iştirakçı məlum olub. Mahnı müsabiqəsində 31 ildən sonra ilk dəfə yarışacaq Lüksemburq olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Eurovision-un rəsmi saytında məlumat verilib.
Lüksemburqu isə müğənni TALI “Fighter” mahnısı ilə təmsil edəcək. Məlum olub ki, qızın 23 yaşı var, həm oxuyur, həm də musiqidən dərs deyir. Əvvəllər aktyorluq təcrübəsi olub: qısametrajlı filmdə rol alıb və teatrda oynayıb.
Xatırladaq ki, Lüksemburq “Eurovision”un yeddi təsisçi ölkəsindən biridir. 1956-cı ildə debüt etdi və bütün zamanların 5 qalibi var. 1980-ci və 1990-cı illərin əvvəllərində bir sıra zəif çıxışlardan sonra ölkə 1993-cü ildən sonra müsabiqədə iştirakını dayandırdı. Lakin bu il Lüksemburq yenidən birincilik uğrunda mübarizə aparmaq istəyir.
Yeri gəlmişkən, Eurovision 2024 may ayında İsveçin Malmö şəhərində keçiriləcək. İki yarımfinal 7 və 9-da baş tutacaq, final isə mayın 11-də keçiriləcək.