Bred Pitt yeni sevgilisi ilə ciddi addım atmağa qərar verib

01:28 - 26 Yanvar 2024 - MAQAZİN

Hollivud aktyoru Bred Pitt və fitnes məşqçisi İnes de Ramon valideyn olmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə In Touch Weekly saytına insayder məlumat verib.

Məlumata görə, cütlük Bred Pittin ailəsi və dostları ilə görüşdükdən sonra yeni ciddi addım atmağa qərar verib.

"Bred və İnezin münasibətləri həqiqətən ciddiləşdi: o, onun evinə köçüb və uşaq sahibi olma ehtimalını müzakirə etdilər. Bu, bəziləri üçün şok ola bilər, lakin onların yaxınları onun artıq hamilə olmasına təəccüblənməyəcəklər. İnez tam uyğun yaşdadır. Bred yaşındakı əksər kişilərdən daha yaxşı formadadır. Onlar bir-birlərinə sadiqdirlər və bütün vaxtlarını birlikdə keçirirlər”.

Xəbər xətti