Bu Azərbaycanın tanınmış aparıcısı, Əməkdar Jurnalist Xoşqədəm Hidayətqızının ad günüdür.
Ucnoqta.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı 1974-cü ildə Ağdərə rayonunun Narınclar kəndində anadan olub.
X. Hidayətqızı 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb:
"İlin jurnalisti", "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub. 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. "Azad Azərbaycan" telekanalında "Dərdini mənə danış" verilişinin aparıcısı olub. 2012-ci ildən 2015-ci ilə qədər həmin telekanalda populyar ""Səni axtarıram" verilişinin aparıcısı olub. 2015–2016 illərdə ANS TV-də çalışıb. 2016-2021-ci illərdə Xəzər TV-də "Bizə danış" "Səni axtarıram" layihəsinin aparıcısı olub.
2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Konqresinin Köln şəhərində keçirilinən yığıncağında qurumun fəxri üzvü seçilib.
2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
7 noyabr 2016-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.
2021-cı ildən etibarən "ARB" TV-də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısıdır.
Xoşqədəm Hidayətqızı türkiyəli sənətçi Doğuşla evlidir.
Üç övladı var.