"Mənim sevgi həyatım bitdi".
Ucnoqta.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bunu müğənni Zeynəb Həsəni "7 tamam" verilişində deyib.
"Daha heç vaxt sevə bilmərəm" deyən müğınnu onsuz da heç vaxt sevə bilmədiyini vurğulayıb: "34 yaşım var. Çox yaşamaq istəyirəm. Məndə nə uşaqlıq sevgisi olub, nə gənclik sevgisi, nə də məktəb..."
İfaçı həyatda anasından başqa heç kimi sevə bilmədiyini bildirib: "Mən bu yaşıma qədər yalnız ana sevgisini bilmişəm. Allah bütün analara sağlam can versin. Heç vaxt istəməmişəm başqa kimisə sevim. Anama qarşı sevgim o qədər çox olub ki, qarşı cinsə olan sevgimin qabağını bağlamışam. Mən ondan başqa heç nəyi sevmirdim. Bütün sevgimi anamda cəmləşdirmişdim. Mən hər zaman deyirəm ki, Allahım, anama olan sevgimi azalt".