İngiltərənin "Mançester Yunayted" futbol klubunun yarımmüdafiəçisi Ceydon Sanço icarə əsasında Dortmund "Borussiya"sında Almaniya çempionatında çıxış edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano X-dəki səhifəsində yazıb.
Müqavilə satın alma variantını nəzərdə tutmur. "Borussiya" ingilis futbolçunun maaşının bir hissəsini öz üzərinə götürəcək, məbləğ 4 milyon avro olacaq.
Sançonun 23 yaşı var və 2017-2019-cu illərdə "Borussiya Dortmund"da oynamış və 85 milyon avroya "Mançester Yunayted"ə keçib.