Ucnoqta.az
www.ucnoqta.az

"Mançester Yunayted"in oyunçusu "Borussiya Dortmund"da

16:09 - 10 Yanvar 2024 tarixində dərc olunub.

İngiltərənin "Mançester Yunayted" futbol klubunun yarımmüdafiəçisi Ceydon Sanço icarə əsasında Dortmund "Borussiya"sında Almaniya çempionatında çıxış edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano X-dəki səhifəsində yazıb.

Müqavilə satın alma variantını nəzərdə tutmur. "Borussiya" ingilis futbolçunun maaşının bir hissəsini öz üzərinə götürəcək, məbləğ 4 milyon avro olacaq.

Sançonun 23 yaşı var və 2017-2019-cu illərdə "Borussiya Dortmund"da oynamış və 85 milyon avroya "Mançester Yunayted"ə keçib.

Müəllif: Ucnoqta.az redaksiyası