Afət Fərmanqızı yeni ili yeni iti ilə qarşılayıb.
Sosial şəbəkələrdə iti ilə dəst geyimdə videosunu paylaşan müğənni Moderator.az saytına itinə baxıcı axtardığını açıqlayıb.
"İtimə baxıcı axtarıram. Rusiyada yaşaya bilməsi üçün sənədləri qaydasında olsun. Ali təhsilli olsun, ən azı iki əcnəbi dil- rus və ingilis dillərini bilsin.
İlkin maaş 1500 dollar olacaq.
Baxıcının işi iti gəzdirmək, təmizliyinə baxmaq, vaxtı-vaxtında həkim müayinəsindən keçirmək və həftədə bir dəfə yaxud ayda 2-3 dəfə xüsusi brend mağazalardan itimə geyim almaqdan ibarətdir.
İtimlə dəst geyinməyi xoşlayıram, itimə baxacaq adam bunu nəzərə almalıdır. İkimiz də "The north face"dən geyindiyimiz geyimlərdə videomuzu çəkmişik.
Sonrakı aylarda görsəm ki, itimə yaxşı baxır, maaşı 2000 dollara qaldıracam."