"Həyatımda çox işıqlı səhifədir. Dövlət başçımız kiçik yaradıcılığımı qiymətləndirib, mənə 3 il əvvəl ev bağışladı. Hətta evin təmirini də etdilər. Minnətdarlığımı heç bir sözlə ifadə edə bilmərəm".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Xəbərin var?" verilişində deyib. Müğənni ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ona bağışladığı evdən danışıb:
"Evin çox gözəl aurası var. Evimə daxil olan hər kəs bunu hiss edir. İki qızımla yeni bir mərhələyə addımladıq. O evdə hər kəsin yeri məlum oldu. Rahat olduq. Elə bil mənə dedilər ki, get indi rahat məşğul ol yaradıcılığınla. Mən də “Darıxmışam” albomunu və klipləri təqdim etdim. Bir sənətçinin öz küncünün olması çox vacibdir. Ona qədər köçəri həyat yaşayırdım, iynə üstündə idim. Bunu evi olmayan insanlar çox gözəl anlayar”.