Ağdaş rayonunda 3.4 bal gücündə zəlzələ olub.
Bu barədə Ucnoqta.az-a RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, Mingəçevir stansiyasından 23 km cənub-şərqdə Ağdaş rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 3,4, dərinliyi 30 km olan zəlzələ hiss olunmayıb.