Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ oldu

11:12 - 1 Yanvar 2024 tarixində dərc olunub.

Ağdaş rayonunda 3.4 bal gücündə zəlzələ olub.

Bu barədə Ucnoqta.az-a RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, Mingəçevir stansiyasından 23 km cənub-şərqdə Ağdaş rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3,4, dərinliyi 30 km olan zəlzələ hiss olunmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası