Xalq artisti Aygün Kazımova 2023-cü ilin son günlərində sevənlərini yeni mahnı və kliplə sevindirib.
Ucnoqta.az xəbər verir ki, "Bilmək olmaz" adlı bəstənin söz və musiqisi Miroya aiddir. Ölkənin əsas ulduzu ekran işi üçün Türkiyəyə yollanıb. Klip bir çox məşhurla işləyən Selim Akarın rejissorluğu ilə İstanbulda lentə alınıb.
Kazımovaya görə İstanbulda sahil, avtomobil məzarlığı və fabrik bağlatdırılıb. Klip süjet xətti ilə Hollivud filmlərini xatırladıb. Rejissor bildirib ki, çəkiliş üçün Hollivud filmlərinin lentə alındığı texniki vasitələrdən istifadə olunub. "Bilmək olmaz"ın görüntü rejissoru isə Varol Kaynar olub.
Klipdə müğənninin tərəf müqabili obrazını Peris Hiltonun tanınmış fotomodeli Marian Draqan canlandırıb. O, çəkiliş üçün Türkiyəyə gəlib. Klip 12 saat içində çəkilib. Ümumilikdə isə çəkiliş məkanında 100 nəfərdən ibarət işçi heyəti yer alıb.
Aygün Kazımovanın tərzi üzərində türkiyəli komanda və Berker Kuşku çalışıb.