“Uşağı neyləyirəm, it, pişik saxlayacam” - VİDEO

11:11 - 28 Dekabr 2023 - MAQAZİN

Bir müddət əvvəl ərə gedən müğənni Səidə Sultan dəm-dəstgahlı toy məclisi keçirmək istəmədiyini, hətta ümumiyyətlə toysuz ailə qurmaq istədiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb:

“Mənə toy lazım deyildi. Məndən olsa, heç etməzdim. Bu məsələlərə bir qədər başqa cür baxıram. Toyun, uşağın olmağı şərt deyil. Anam və bacılarıma görə toy etdim. Toy etdiyim üçün indi deyinirəm. Nəyə lazım idi axı?!”

O, aparıcı Tarix Əliyevin övlad dünyaya gətirib-gətirməyəcəyi barədə sualını da cavablayıb və uşaq istəmədiyini deyib:

“Uşaq sevmirəm. Artıq gec olduğunu düşünürəm. Uşaq məsuliyyətdir. İtdən, pişikdən saxlayacağam da. Buna görə əlləşib vuruşmuram”.

///yenisabah

Xəbər xətti