İşğaldan azad edilmiş ərazilərdə 18-24 dekabr tarixlərində aşkarlanan minaların sayı açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.
Məlumata görə, ötən həftə Kəlbəcər, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 11 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 307 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Məlumata görə, 487.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.