“Canana ayda 4 min pul qazanır, ...”

10:53 - 25 Dekabr 2023 - MAQAZİN

Müğənni Fərəh Əməkdar artist Mətanət İsgəndərlinin eks-gəlini Canana haqda maraqlı açıqlamalar edib.

Ucnoqta.az xəbər verir ki, “Xəbərin var?” proqramında qonaq olan ifaçı Canananın çalışqan olduğunu deyib:

“O, bir yerdə dayanan qız deyil. Özüm də bunu görürəm. Sadəcə uşaqları evə görə götürə bilmir, deyir ki, öz evim olsun, şəraitimi qurum, sonra uşaqlarımı götürüm”.

Verilişin aparıcısı İsa Şükürov isə onun arqumentlərinə haqq qazandırmayıb:

“Canana aya azı 4 min manat pul qazanır. O qədər həkimlər, müəllimlər var ki, 500-700-1000 manatla iki, üç uşaq saxlayır. 4000 manatla uşaq saxlamaq olmur?! Məncə, o özü uşaqları aparmaq istəmir, burada başqa məqamlar var. Əgər o uşaqları götürsəydi, Mətanət xanım da, ataları da kömək edərdi. Düşünürəm ki, Canana özü uşaqları götürmək marağında deyil. Bu da rahatlığına görədir”.

Xəbər xətti