“Miss Earth” beynəlxalq gözəllik müsabiqəsinin qalibi Albaniya təmsilçisi olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Youtube-da baş tutan finalın yayımı zamanı məlumat verilib.
"Miss Earth" müsabiqəsinin finalında münsiflər heyəti dörd qalibi seçir. Ən fəxri titul albaniyalı Drita Ziriyə verilən Miss Earth hesab olunur.
Müsabiqənin təşkilatçıları həmçinin yeddi xüsusi nominasiya üzrə mükafatlar təqdim ediblər. Vyetnamlı Do Thi Lan Anh ən yaxşı performansa və ən yaxşı milli geyimə görə mükafatlar alıb. Filippinli İlyane Aduane bikini yarışmasının qalibi olub. Xalqın seçimi indoneziyalı Sindi İnanto olub. Ən yaxşı gecə paltarına görə Qazaxıstan təmsilçisi Dilnaz Tilayeva mükafatlandırılıb. İstedad müsabiqəsində birinci yeri Yeni Zelandiyadan olan Keytlin Dulsi tutub. Ekologiya ilə bağlı ən yaxşı təqdimat Avropa komandasından olub.