Barbadoslu müğənni Rihanna 115 min dollar dəyərində dəbdəbəli zinət əşyaları taxaraq ictimaiyyət qarşısına çıxıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müğənni Los-Ancelesdə yeni Fenty x Puma Creeper Phatty idman ayaqqabısı kolleksiyasının təqdimatına həsr olunmuş gecəyə qatılıb. Tədbir üçün məşhur “Chanel” lüks brendindən xəzlə işlənmiş bənövşəyi dəri gödəkçə, həmçinin enli cins şalvar və krujevalı ağ köynək seçib.