Növbədənkənar prezident seçkiləri ilə bağlı Xankəndidə 800-900 seçici səs verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.