Ucnoqta.az
www.ucnoqta.az

Məzahir Pənahov Xankəndidəki seçicilərin sayını dedi

14:10 - 20 Dekabr 2023 tarixində dərc olunub.

Növbədənkənar prezident seçkiləri ilə bağlı Xankəndidə 800-900 seçici səs verəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.

Müəllif: Ucnoqta.az redaksiyası