Supermodel İrina Şeyk və futbolçu Tom Bredi boşanma şayiələrinə baxmayaraq münasibətlərini yeni səviyyəyə qaldırmaq qərarına gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Bildirilir ki, tezliklə 37 yaşlı model və 46 yaşlı idmançı münasibətlərini rəsmi şəkildə şərh edəcəklər.
“Onların hələ tam hüquqlu bir əlaqəsi yoxdur. Onlar üçün əlverişli olanda bir-birlərini görürlər. Onlar bir-birləri ilə o qədər rahatdırlar ki, əgər bunun baş verməsinə icazə versələr, bu, daha qalıcı bir şeyə gətirib çıxaracaq”, - mənbə Daily Mail-ə bildirib.