Saatlıda 8 məktəbli zəhərlənib (YENİLƏNİB)

13:36 - 18 Dekabr 2023 - ÖLKƏ İÇİ

Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.

Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

12:41

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti