Qeyri-sabit hava nəvaxtadək davam edəcək?

15:54 - 17 Dekabr 2023 - ÖLKƏ İÇİ

Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

Bu barədə Ucnoqta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Dekabrın 17-si saat 15.00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran, Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb.

Külək: Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala, Şahdağda 20 m/s, Gəncədə 16 m/s-dək güclənib.

Duman: Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Qusar, Xaltan, Yevlax, Cəfərxan, Hacıqabul, Yardımlıda müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb.

Xəbər xətti