737 QHT qrant müsabiqələrinə müraciət edib

23:53 - 11 Dekabr 2023 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasınən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə müsabiqələrə müraciətdə yüksək fəallıq qeydə alınıb. Layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib.

Ucnoqta.az xəbər verir ki, onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb. Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub.

Bölgü bu şəkildə formalaşıb:

Kiçik qrant müsabiqəsi - 532 layihə;

Orta qrant müsabiqəsi - 147 layihə;

Böyük qrant müsabiqəsi - 75 layihə.

Yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə bildiriləcək. Texniki ekspertiza mərhələsindən də uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra müstəqil ekspert qiymətləndirməsi aparılmış layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxacaq.

Qaliblərin adlarının 2024-cü ilin fevralında elan edilməsi nəzərdə tutulur.

Xəbər xətti