ABŞ-dan Daşkəndə uçan təyyarə Sankt-Peterburqda məcburi eniş edib

11:15 - 11 Dekabr 2023 - SİYASƏT

“Özbəkistan Hava Yolları”na məxsus təyyarə göyərtəsindəki kobud davranışa görə Sankt-Peterburqda məcburi eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə xarici aviaşirkətin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Nyu-Yorkdan (ABŞ) Daşkəndə (Özbəkistan) uçan Boeing 787 təyyarəsində fövqəladə vəziyyət yaranıb. Dekabrın 11-i səhər saatlarında komandan pilot təyyarədə problem olduğunu bildirib və təyyarəni alternativ hava limanına endirmək qərarına gəlib.

“Fontanka” nəşri “Pulkovo” mətbuat xidmətinə istinadən bildirib ki, təyyarə Sankt-Peterburq hava limanına 5:34-də enib və lazımi prosedurları yerinə yetirdikdən sonra saat 7:15-də marşrut üzrə daha da havaya qalxıb. Beləliklə, məcburi eniş iki saata yaxın davam edib.

Özbəkistan əsilli 1991-ci il təvəllüdlü zorakılıq edən sərnişinin təyyarədən çıxarıldığı da məlum olub.

Xəbər xətti