Qazaxın 7, Sədərəyin isə 1 - Kərki kəndi 30 ildən çoxdur ki, işğal altındadır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının əsas müddəlarından biri bu kəndlərin geri qaytarılmasıdır.
Ucnoqta.az xəbər verir ki, Xezerxeber.az-ın əməkdaşları Qazaxın işğal altında olan kəndlərinin ən son görüntülərini lentə alıblar.
Bir vaxtlar 8 minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb.
Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib.
Daha ətraflı videoreportajda: