Şəhidin övladı "Semaşko"da qızılcaya yoluxdu

12:46 - 9 Dekabr 2023 - ÖLKƏ İÇİ

Şəhid Rahim Tağıyevin övladı gənc qızımız Ülkər Tağızadə iki həftə əvvəl Hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzinin (Semaşko) infeksion xəstələr şöbəsinə yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bunu “Zəfər” İB-nin sədri Sevinc Orucova sosial şəbəkə hesabında yazıb. Sevinc Orucova bildirir ki, Ülkər Tağızadə Hepatit A xəstəliyindən sağalsa da, evə qızılca xəstəliyi ilə birgə gedibmiş:

"Deməli bu klinikanın yalnız bir mərtəbəsi hər cür infeksion xəstələrlə doludur. Birindən sağalsan da, digərini klinikada yoluxursan. Övladımız klinikadan evə yazılan gündən qızılca xəstəliyi ilə mübarizə aparır və ən pisi odur ku, evdə yenicə ağır tibbi əməliyyatdan çıxmış qardaşı var. Onu necə müdafiə edəcəyimizi bilmirik. Şəhid xanımı nə etməli?? Bu necə səhiyyə sistemidir?

Bu millətin qəsdinə durmusuz? TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sizdən açıqlama gözləyirik! Səhiyyə sistemi sağaltmalıdır, insanlarımızın sağlamlığı ilə oynamalı deyil..."

 

Xəbər xətti