“Reuters”in jurnalisti Livanın müharibə zonasında həlak olub

16:45 - 8 Dekabr 2023 - DÜNYA

Oktyabr ayında Livanın cənubunda Reuters agentliyinin jurnalisti İsam Abdullahın ölümü və ikisi, o cümlədən Agence France-Presse (AFP) əməkdaşının da olduğu altı nəfərin yaralanması ilə nəticələnən hücum “aktiv döyüş bölgəsində” baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP-yə İsrail Müdafiə Qüvvələrindəki mənbə bildirib.

Jurnalistlərin olduğu yer atəşin getdiyi aktiv döyüş zonası idi.

"Bu zonada olmaq təhlükəlidir. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır", - İsrail ordusunun adının açıqlanmayan nümayəndəsi bildirib.

Xəbər xətti