Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb

15:46 - 8 Dekabr 2023 - ÖLKƏ İÇİ

2023-cü ilin dekabr ayının 1-i vəziyyətinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,6% artaraq 759,1 min olub.

Bu barədə Ucnoqta.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edək ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,3 faiz artıb və 45,2 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 8,1% artaraq 204,6 minə çatıb.

Xəbər xətti