Avstraliya Kral III Çarlzın təsviri olan sikkələr buraxıb

08:47 - 8 Dekabr 2023 - MARAQLI

Avstraliyada Kral III Çarlzın təsviri olan ilk sikkələr buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliyanın maliyyə nazirinin köməkçisi Endryu Li məlumat verib.

“Ənənəyə görə, ardıcıl monarxların profilləri müxtəlif istiqamətlərə baxan sikkələr üzərində təsvir edilir və bu ənənəyə görə kralın profili sola, kraliça II Yelizaveta isə bütün Avstraliya sikkələrində “üz sağa” çevrilir" -o, jurnalistlərə deyib.

Nazir köməkçisi qeyd edib ki, dekabrın 8-dən etibarən yeni sikkələrin partiyaları bütün ölkədə dövriyyəyə buraxılıb, lakin ilk aylarda onları tədavüldə tapmaq çox çətin olacaq. "Milyonlarca insan bu kiçik tarixi qorumaq üçün onları saxlamaq istəyəcək" - nazir köməkçisi qeyd edib.

Məlumata görə, 1 Avstraliya dolları nominalında olan 3,5 milyon sikkənin ilk partiyası artıq bank filiallarına göndərilib və onlar tərəfindən tədricən dövriyyəyə buraxılacaq. Qalan nominallar 2024-cü ildə mərhələlərlə zərb olunacaq. Eyni zamanda III Karlzın profilli ilk kolleksiya sikkələri də satışa çıxarılacaq.

Xəbər xətti