İkinci dəfə ailə qurmağa hazırlaşan müğənni Aysun İsmayılova ARB televiziyasında yayımlanan "Həmin Zaur" proqramında qonaq olub.
Ucnoqta.az azxeber.com-a istinadən xəbər verir ki, sənətçi özündən 10 yaş böyük sevgilisi haqda bəzi açıqlamalar verib:
"Mən sizin gözünüzün qabağında böyümüşəm. Biz Zaur Kamalla illərdir ailəvi dostuq, o mənim əmimdir. Amma nə edim, sevgilim qısqancdır, ona görə masəfəliyəm hər kəsə. Hər şey yaxşıdır, inşallah toyumuz olacaq. Nişanlım məndən 10 yaş böyükdür. Onun 35, mənim 25 yaşım var. Amma yaşı daha çox olsa idi atam yaşlı kişiyə ərə getməzdim. 10 yaş ən yaxşısıdır. Bundan çox olmaz. Mərdliyi olsun, kişiliyi olsun, ürəyi yaxşı olsun əsas budur. Pul gəldi gedərdir".
Qeyd edək ki, Aysun İsmayılova bu ilin may ayında həyat yoldaşı Eşqin Cəlilovdan boşanıb.