Finlandiya və ABŞ dekabrın 18-də müdafiə sazişi imzalayacaq

15:44 - 5 Dekabr 2023 - DÜNYA

Finlandiya və ABŞ dekabrın 18-də Vaşinqtonda müdafiə sazişi imzalayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Helsingin Sanomat qəzeti məlumat yayıb.

Məlumata görə, imzalanma mərasimindən əvvəl respublikanın xarici işlər naziri Elina Valtonen ABŞ dövlət katibi Antoni Blinkenlə görüş keçirəcək. Finlandiya nümayəndə heyətinə müdafiə naziri Antti Hakkänen də daxil olacaq.

Bu müqavilə Amerika qoşunlarının Finlandiyada fəaliyyət göstərdiyi zaman onların statusunu müəyyən edəcək, həmçinin vergi və gömrük rüsumları kimi praktiki məsələləri əhatə edəcək. Sənədin müddəaları əsasən NATO qoşunlarının statusuna aiddir. Latviya, Litva, Norveç və Estoniya da daxil olmaqla bir sıra digər NATO ölkələrinin ABŞ ilə ikitərəfli müqavilələri var. Danimarka və İsveç bu məsələdə Amerika tərəfi ilə danışıqlar aparır.

Xəbər xətti