Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Belə ki, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.
2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində proqnozlaşdırılır.
Qanun layihəsi müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.