Oğuzda bir ay əvvəl sirkə turşusu içən şəxs xəstəxanada ölüb

21:35 - 4 Dekabr 2023 - ÖLKƏ İÇİ

Bir ay əvvəl sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölüb.

Ucnoqta.az xəbər verir ki, Oğuz rayonunun Qumlaq kənd sakini 1986-cı il təvəllüdlü Rəhman Bəxtiyar oğlu Hacıyev Bakı şəhərindəki müalicə aldığı xəstəxanada həyatını dəyişib.

Qeyd edək ki, 37 yaşlı R. Hacıyev noyabr ayının 5-i ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənmidi. R. Hacıyevin müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilmişdi.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti