Neft kəmərinin üzərindən uçan Mi-2 helikopteri Stavropol diyarında sərt eniş edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, helikopter Georgiyevski şəhər rayonunun Nezlobnaya kəndi ərazisinə sərt eniş edib. Helikopterdə iki nəfər olub.
İlkin məlumata görə, onlar xəsarət almayıb.
Əməliyyat xidmətləri helikopterin zədələndiyini bildirib.