Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada Mi-2 helikopteri qəzaya uğrayıb

11:46 - 4 Dekabr 2023 tarixində dərc olunub.

Neft kəmərinin üzərindən uçan Mi-2 helikopteri Stavropol diyarında sərt eniş edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, helikopter Georgiyevski şəhər rayonunun Nezlobnaya kəndi ərazisinə sərt eniş edib. Helikopterdə iki nəfər olub.

İlkin məlumata görə, onlar xəsarət almayıb.

Əməliyyat xidmətləri helikopterin zədələndiyini bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası