Fransalı qapıçının ayağı sındı

13:17 - 1 Dekabr 2023 - İDMAN

Belçikanın “Gent” klubunun qapıçısı Pol Nardi Konfrans Liqasının qrup mərhələsində Ukrayna “Zorya”sı ilə ev oyununda ciddi zədə alıb.

Ucnoqta.az xəbər verir ki, ikinci hissənin ortalarında fransalı qapıçı topu təmizlədikdən sonra qəfildən qazona yıxılıb. Məlum olub ki, onun ayaq biləyinin açıq sınığı baş verib. Nardi xərəkdə meydançadan çıxarılaraq xəstəxanaya aparılıb.

“Bu inanılmazdır, açıq sınıq. Hər kəs anlayır ki, bu gün baş verənlər sadəcə olaraq dəhşətlidir. Mənim 50 yaşım var və indiyədək belə halla rastlaşmamışam. Təmassız, təsirsiz ayağın sınığı ", -"Gentin baş məşqçisi Hein Vanhaesebrouk deyib.

Xəbər xətti