Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı rayon sakini Y.Tarverdiyev Göytəpəçayın kənarında torbanın içərisindən tapdığı 1 ədəd “AK-74” markalı avtomat silahını, 1 ədəd patron darağını və 17 ədəd 5,45 çaplı patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib.
Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.