Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə səhər saatlarında Lənkəran - Boradigah - Masallı yolunda, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "Opel" markalı minik avtomobili həmin kənd sakini, 1991- ci il təvəllüdlü Xeyrəddin Sübhan oğlu Rəcəbovu vurub. X.Rəcəbov aldığı xəsarətlərdən ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.///APA