İngiltərənin "Mançester Siti" futbol klubunun norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasında iki yeni rekorda imza atıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ESPN FC X sosial şəbəkəsində məlumat yayıb.
Norveçli Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Leypsiq”in qapısına zərbə vuraraq, Avropanın əsas klub turnirində 40-cı qolunu vurub. Haaland Çempionlar Liqasında 40 qol vuran ən sürətli oyunçudur. Bunun üçün ona 35 görüş lazım olub. Bundan əlavə, hücumçu Kilian Mbappenin rekordunu qıraraq Çempionlar Liqasında 40 dəfə (23 yaş 130 gün) qol vuran ən gənc futbolçu olub.
"Mançester Siti" - "Leypsiq" matçı 3:2 hesabı ilə ingilislərin iradəli qələbəsi ilə yekunlaşıb.