Noyer "Bavariya" ilə müqaviləni uzadıb

20:00 - 28 Noyabr 2023 - İDMAN

Almaniya millisinin qapıçısı Manuel Noyer "Bavariya" ilə müqaviləsini uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.

37 yaşlı münhenli kapitanla yeni müqavilə 2025-ci ilin yayına qədər qüvvədədir. Noyerin 35 yaşlı ehtiyat oyunçusu Sven Ulreyxlə müqavilə eyni müddətə uzadılıb.

"Bavariya"da daha bir il qaldığım üçün xoşbəxtəm. Zədəyə görə uzun fasilədən sonra tam hazırlığıma qayıtdım. Komandada oynamaq mənim üçün böyük xoşbəxtlikdir. Əminəm ki, azarkeşlərlə birlikdə qarşıdakı illərdə böyük məqsədlərə nail ola bilərik - və şübhəsiz ki, 2025-ci ildə Münhendə keçiriləcək Çempionlar Liqasının finalı da onlardan biridir. Hələ də yanımda Sven olduğunu bilmək onu daha da şirin edir”, - Noyer bildirib.

Xəbər xətti