Almaniya Ukrenerqoya 24,5 milyon avro ayırıb

21:25 - 27 Noyabr 2023 - İQTİSADİYYAT

 Almaniya rəhbərliyi KfW Almaniya dövlət bankı vasitəsilə enerji obyektlərinin bərpası və mühafizəsi üçün Ukrenerqoya 24,5 milyon avro ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Ukrenerqo”nun rəhbəri Vladimir Kudritski məlumat verib.

"Almaniya hökuməti KfW bankı vasitəsilə Ukraynanın enerji sisteminin sabitliyini gücləndirmək üçün 24 milyon avro kredit, həmçinin 0,5 milyon avro qrant vəsaiti ayırıb", - o, Facebook-da yazıb.

Kudritski qeyd edib ki, ayrılan vəsait yüksək gərginlikli qurğuların bərpasına və onlar üçün mühafizə konstruksiyalarının tikintisinə, həmçinin Avropa enerji sistemi ilə texniki əlaqələrin gücləndirilməsinə yönəldiləcək. O, həmçinin əlavə edib ki, “Ukrenergo” artıq Almaniyadan 220 milyon avrodan çox kredit və qrant vəsaiti alıb.

Xəbər xətti