Bakı-Qazax magistralında TIR aşıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 157-ci kilometrliyində, Hacıqabul rayonunun Padar kədi ərazisində qeydə alınıb. Ağdaş sakini, 1993-cü il təvəllüdlü Cümşüd Yusiflinin idarə etdiyi ağır tonnajlı “Volvo” markalı, 77 BE 566 dövlət nömrə nişanlı TIR idarəetməni itirərək aşıb. Avtomobilin yanacaq çəni deşilib. Yanacaq yola axıb. Hadisə yerinə yanğın təhlükəsinin qarşısını almaq üçün Kürdəmir YMX-nın yanğınsöndürən avtomobillləri və çanlı qüvvəsi cəlb olunub.
Magistral yol müvəqqəti bağlanıb. Qəza zamanı yarnmış dağınıtılar yoldan götürülüb. Qəzanın fəsadları aradan qaldırılıb, yolda hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.