Milli Məclisdə Ağdərə rayonunun yaradılması müzakirəsi başlayıb

11:13 - 27 Noyabr 2023 - ÖLKƏ İÇİ

Milli Məclisdə Ağdərə rayonunun yaradılması və Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə təklif edilən dəyişikliklərin müzakirəsi başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu, parlamentin Regional məsələlər komitəsinin bu keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələrində əksini tapıb.

İclasda komitə üzvləri ilə yanaşı Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının deputatları da iştirak edir.

Xəbər xətti