Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub.
Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb.
O, bacısının boğazını kəsərək qətlə yetirib.
Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.
***
Gəncədə bacısını qətlə yetirən qardaş saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.