Bakının Suraxanı rayonunda evdə bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Rasim Mədət oğlu Əliyev yaşadığı D massivindəki mənzilinə tanımadığı adam gəlib. Onlar arasında hələlik bilinməyən səbəbdən dava düşüb. Dava zamanı R.Əliyev bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırılır.