Hindistanda müəllimin on yaşlı məktəblini dərsdən yayındığına görə cəzalandırması ölümlə nəticələnib.
Ucnoqta.az xəbər verir ki, bu barədə News9Live məlumat yayıb.
Faciəli hadisə noyabrın 21-də Odişanın Caypur rayonunda baş verib. Müəllim Rudra Narayan Sethinin sinifdə olması lazım olsa da, məktəb həyətində dostları ilə oynadığını görüb.
Müəllim oğlanları dərsdən yayındıqlarına görə danlayır və cəza olaraq çömbəlməyə vadar edib. Bir neçə çömbəlmə etdikdən sonra Seti huşunu itirib. Müəllim dərhal uşağın valideynlərinə xəbər verib və onlar birlikdə onu xəstəxanaya aparıblar. Lakin həkimlər şagirdi xilas edə bilməyiblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.